Reklam bloku

Финансы Кредитный специалист Страхование Аудит Бухгалтерия (6), Финансовый анализ Банковское обслуживание Кассир Экономист Маркетинг Реклама Связи с общественностью Маркетинг менеджмент Копирайтинг Информационные технологии Разработка и управление базами данных Системное администрирование IT специалист консультант Программирование Управление IT проектами Специалист по аппаратному обеспечению Администрация и управление 13 Административная поддержка Менеджмент Офис менеджмент Секретарь Ресепшн Управление персоналом Продажи 20 Агент по недвижимости маклер Специалист по продажам Дизайн Веб-дизайн Архитектор дизайн интерьеров Дизайн одежды Художник Юриспруденция Адвокат Криминальное право Юрист Образование и наука Преподавание в школах Преподавание в университетах Репетиторство Специальное обучение Тренинги Промышленность и сельское хозяйство Автоматизированное проектирование Строительство Сельское хозяйство Инженерия Геология и окружающая среда Обслуживание Курьер Уборщица Складчик Ресторанное дело Водитель Няня Рабочий Туризм и гостиничное дело Переводчик Охрана Другое Обслуживание Медицина и фармация Врач Медицинский персонал Медицинский представитель Разное Для студентов Журналистика

6 июня 2017 в 09:39 ( 05.05.2028) 2888 Bakı
  • E-mail: career.azerbaijan@gmail.com
  • Əlaqədar şəxs (S.A.A): Alızadə Günel Natiq
  • Şirkətin adı: Vision Təhsil Mərkəzi
  • Telefon: 051 660 61 61
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Təhsil: Ali
  • Ünvan: Şəmsi Bədəlbəyli 106, m. 29

Vision Təhsil Mərkəzi IELTS  müəllimi vakansiyasına işə qəbul elan edir.

 Vision Təhsil mərkəzi 2009-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bəri öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir. Mərkəzimizin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır. Bu məqsədləri həyata keçirmək yolunda bizimlə bərabər çalışan əməkdaşlarımız ilə fəxr edirik və Sizi də Vision ailəsinin bir hissəsi olmağa, səmimi kollektivimizə qoşulmağa dəvət edirik.

Minimum vakansiya tələbləri:

·         Müvafiq sahə üzrə ali təhsil;

·         Ən azı 3 illik pedaqoji təcrübə;

·         İELTS nəticəsi minimum 6.5- 7;

·         Yaş həddi: 22- 35

Tələb olunan bilik və bacarıqlar:

·         Peşəsinə yüksək motivasiya ilə yanaşma;

·         Tələbələrə fərdi və differensial yanaşma bacarığı;

·         İngilis dilini peşəkar səviyyədə tədris və təşkil etmə bacarığı;

·         Yüksək çalışmaq və öyrətmək həvəsi;

·         Dərslərin idarə edilməsi bacarığı;

·         Tələbə və valideynlərlə çalışmaq qabiliyyəti;

·         Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;

  • Proqramın tələbələrə qısa zamanda öyrədilməsinə çalışma ;
  • Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
  •  Dərs planı proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək bacarığı
  •  Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək.

 Vision Təhsil Mərkəzi bizimlə çalışmağın müqabilində sizə təklif edir:

·         Rəqabətə davamlı əmək haqqı;

·         Fərdi inkişaf imkanları;

·         Dərs prosesi zamanı müasir texnologiyalardan istifadə etmə imkanı;

·         Mehriban, inkişafa yönümlü və peşəkar kollektivlə işləmək imkanı;

·         Yeni təşəbbüs və ideyaları irəli sürmək və gerçəkləşdirmək imkanı.

İş saatları: Dərs cədvəllərindən asılı olaraq

İş yeri: Bakı ş., Şəmsi Bədəlbəyli 106, m. 29

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (şəkil yerləşdirilmiş) 30 iyun 2017-ci il tarixinədək career.azerbaijan@gmail.com  elektron poçt ünvanına mövzu hissəsində “İELTS müəllimi” qeyd olunmaqla göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Şirkətimiz özünün insan resursları siyasətinə əsasən müraciət edən namizədlərə bərabər seçim imkanları yaradır. Belə ki, vakansiya tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, baxışlarına, sosial-iqtisadi durumuna və ailə  vəziyyətinə görə fərqləndirilmədən nəzərdən keçiriləcəkdir.

Похожие объявления

Reklam bloku

')