Mühasibatlıq Departamentində Kiçik Mühasib vakansiyası.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:
- Ezamiyyə və məzuniyyət günləri üzrə ödənişlərin hesablanması;
- Digər müəssisəsələrə olan ödənişlərin və köçürmələrin həyata keçirilməsi;
- Dövlət qurumlarından daxil olmuş məktubların cavablandırılması;
- Əsas vəsaitlərin invertarizasiyasının aparılması.
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
- Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
- Öyrənmə qabiliyyəti və analitik düşünmə bacarığı;
- Sahə üzrə iş təcrübəsi tələb olunmur;
- MS Office proqramlarından istifadə bacarığı;
- Sahə üzrə 1 illik iş təcrübəsi arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33