Reklam bloku

Финансы Кредитный специалист Страхование Аудит Бухгалтерия (6), Финансовый анализ Банковское обслуживание Кассир Экономист Маркетинг Реклама Связи с общественностью Маркетинг менеджмент Копирайтинг Информационные технологии Разработка и управление базами данных Системное администрирование IT специалист консультант Программирование Управление IT проектами Специалист по аппаратному обеспечению Администрация и управление 13 Административная поддержка Менеджмент Офис менеджмент Секретарь Ресепшн Управление персоналом Продажи 20 Агент по недвижимости маклер Специалист по продажам Дизайн Веб-дизайн Архитектор дизайн интерьеров Дизайн одежды Художник Юриспруденция Адвокат Криминальное право Юрист Образование и наука Преподавание в школах Преподавание в университетах Репетиторство Специальное обучение Тренинги Промышленность и сельское хозяйство Автоматизированное проектирование Строительство Сельское хозяйство Инженерия Геология и окружающая среда Обслуживание Курьер Уборщица Складчик Ресторанное дело Водитель Няня Рабочий Туризм и гостиничное дело Переводчик Охрана Другое Обслуживание Медицина и фармация Врач Медицинский персонал Медицинский представитель Разное Для студентов Журналистика

29 марта 2020 в 15:28 ( 28.02.2021) 7749 Bakı
  • E-mail: career@rabitabank.com
  • Əlaqədar şəxs (S.A.A): İnsan Resursları Departamenti
  • Şirkətin adı: Rabitəbank ASC
  • Telefon: 012 598 44 88
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Təhsil: Orta
  • Əmək haqqı: 1400

Biznes Bankçılığı Departamentində Menecer vakansiyası.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 

- Mütəmadi olaraq bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və Biznes QKM-nın və satış metodikasının təkmilləşdirilməsi;

- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarının aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;

- Biznes krediti və Biznes  QKM-ı üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;

- Biznes krediti və Biznes  QKM-ı üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;

- Biznes krediti,  Biznes  QKM-ı və müştəri xidməti üzrə təlimlər təşkil etmək;

- Yeni Biznes kredit və Biznes QKM-larının  satış sisteminin təkmilləşdirilməsi üzrə işlərin aparılması;

- Mövcud məhsul və xidmətlərin effektiv satışına nəzarətin həyata keçirilməsi, habelə effektivliyin artırılması məqsədi ilə kampaniyalar və bonus proqramlarına dair təkliflərin hazırlanması;

- Cari Biznes kredit və Biznes QKM-larının  portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

- Yeni məhsul və xidmətlərin  satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;

- Departament və şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək.

 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

 

- Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə olması arzuolunandır);

- Bank sektorunda ən azı 5 il iş təcrübəsi;

- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;

- Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;

- Azərbaycan dilini mükəmməl bilmək (İngilis dilini bilən şəxslərə üstünlük verilir);

- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;

- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;

- İdarəetmə qabiliyyətinə malik olmaq;

- Gərgin şəraitdə işləməyi bacarmaq;

- Liderlik qabiliyyətinə malik olmaq;

- Analitik düşünmə qabiliyyətinə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Bankçılığı - Menecer” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ: E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Похожие объявления

Reklam bloku

')