Satış sahəsi üzrə təcrübəli şəxsləri şirkətin satış meneceri üzrə iş fəalyyətinə dəvət edirik.
İş prosesinə aiddir:
- Şirkətin istehsalı olan qida əlavələrinin satışını təşkil etmək;
- Müraciət edən şəxslərin tələbatına uyğun məhsulun təklif olunması;
- Mövcud müştərilərlə daimi əlaqələrin saxlanması, yeni müştərilərin cəlb olunması;
- Ofis daxili satış işinə ümumi nəzarət və idarəetmə;
- Həftəlik və aylıq hesabatların dəqiq çıxarılması.
İş ofis daxili və kənardan idarə oluna bilər. İş sistemi tam öyrədiləcək.
Qeyd: İş biznes istiqaməti üzrədir. Əmək haqqı seçilən istiqamət və şəxsin potensialına görə formalaşır.
Əsas tələblər: - Satış sahəsi üzrə 2 il təcrübə
- 24 yaşdan yuxarı şəxslər
- Təhsil olması mütləq deyil
- Satış texnologiyasının tam öyrənilməsi və işə tətbiqi
- Müştərilərlə xoş rəftar və düzgün məlumatların verilməsi
- Bu sahədə bacarıqlı, aktiv və potensiallı olmalı
- Ünsiyyətcil, işində dürüst və dəqiq olmaq
İşə müraciət üçün əlaqə nömrəsi və ya e mail vasitəsilə əlaqə saxlaya bilərsiniz.