Ətraflı məlumat yerləşdirin
-
Elan ID: 478
-
Əlavə edilib: November 8, 2022
-
Əmək haqqı: ₼ 1500
-
Baxın: 133
Təsvir
Şəhər : Bakı
Yaş : 25 – 55 yaş
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs : Ülviyyə xanım
Telefon
(051) 233-41-68
(012) 310-52-21
E-mail : uchobanova@evro-insaat.com
İş barədə məlumat
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi
– Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimtını təmin etmək
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini,işçilərə əmək haqqı və digər sosial xarakterli ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu,dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayrılmaların uçotunu düzgün təşkil etmək, balansın çıxarılması
– Rəsmi hesabatların hazırlanması (statistika, DSMF və s.)
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsini həyata keçirmək
– Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunu aparmaq və mühasibat uçotu hesabatlrında onlarınn hərəkətini, dövriyyəsini izləmək.
– İş qrafiki: Həfdənin 6 günü (6-cı gün yarı iş günü)
– Servis xidməti
Əmək haqqı müsahibə əsasında təyin olunacaq
– Elanda qeyd edilən tələblərə uygun namizədlər mövzu hissəsində vakansiyanın adını “baş mühasib” qeyd etməklə CV formalarını uchobanova@evro-inshaat.com e-mail ünvanına göndərə bilərlər
Namizədə tələblər
– İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə kredit sahəsində ali təhsil
– Müvafiq sahədə 3-5 il iş təcrübəsi, baş mühasib vəzifəsində ən azı 3 il
– Azərbaycan dilində mükəmməl danışıq (rus, ingilis dili arzuolunandır)
– Miccrosoft və ofis, 1C8.3 proqramlarını bilmək
– E-taxes.gov.az və BTP-də işləmək bacarığı
– Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
– Məsuliyyət, dəqiqlik, düzgünlük və etbarlılıq kimi müsbət göstəricilərə malik olmaq
Şərh yaz
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *