Ətraflı məlumat yerləşdirin
-
Elan ID: 198
-
Əlavə edilib: May 30, 2017
-
Əmək haqqı: $ 1500
-
Condition:
-
Məkan: United Kingdom
-
Sövlət: England
-
Şəhər: Greater Manchester
-
Baxın: 3159
Təsvir
Şəhər : Bakı
Yaş : 27 – 45 yaş
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Telefon
(051) 201-21-43
(012) 489-82-82
*2114
E-mail : cv@msdisholding.az
İş barədə məlumat
– Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilinə və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək
– İlkin mühasibat sənədlərinə, hesablaşmalara və ödəniş öhdəliklərinə, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinə və əsas fondların inventarlaşmasına, mühasibat uçotu və hesabatının təşkilinə və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə öz səlahiyyətləri çərçivəsində nəzarət etmək
– Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
– Müəyyən olunmuş hesablaşmalar üzrə mühasibat uçotunun aparılmasına, pul vəsaitlərinin hərəkətinə, mühasibat hesabatının formalaşdırılması üçün mühasibat sənədlərinin tərtibinə nəzarət etmək
– Göstərilən xidmətlərə görə hesablaşmaların vəziyyəti barədə tam və etibarlı mühasibat məlumatlarını təqdim etmək
– Müasir hesablama texnikası və mühasibat uçotu üzrə kompüter proqramlarının tətbiq edilməsi ilə mühasibat uçotunun proqressiv forma və metodlarını işləyib hazırlamaq
– İmzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun hazırlanmasını təmin etmək
– Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək
İş haqqında məlumat:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş saatları: həftə içi 10.00-dan 18.00-dək, şənbə isə qısa iş günü
– Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir
– Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122
– Əlaqə nömrəsi: 051 201 21 43
– E-mail: cv@msdisholding.az
Namizədə tələblər
– Yaş həddi: 27-45
– Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil
– Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək
– Maliyyə-mühasibat işi üzrə min 5 ildən az olmayaraq iş stajı(İnşaat və istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
– Kompüterdə sərbəst işləyə bilmək (1C 8.3- mütləqdir , Elektron Hökümət Portalı), Office (Microsoft Word, Excel, PowerPoint)
– Analitik bacarıqlara sahib olmaq
– Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq,sürətli qərar qəbuletmə bacarığına sahib olmaq
– Komandada işləmək bacarığına sahib olmaq
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Baş mühasib müavini” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Şərh yaz
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *