₼ 3000

Büdcələmə Və Hesabatliliq Üzrə Müdi̇r Müavi̇ni̇ – Təmiz Şəhər Asc

Ətraflı məlumat yerləşdirin

  • Elan ID: 480

  • Əlavə edilib: November 8, 2022

  • Əmək haqqı: ₼ 3000

  • Baxın: 395

Təsvir

Şəhər : Bakı
Yaş : 28 – 50 yaş
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Əlaqədar şəxs : hr@tamizshahar.az
Telefon : (012) 464-41-12
E-mail : hr@tamizshahar.az
İş barədə məlumat
– Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək
– Büdcə planlama prosesinin təşkilinin, formalaşdırılmasının, icrasının təmin edilməsi və büdcə, planlama təhlillərinin aparılması
– Büdcə illəri üzrə maliyyə vəziyyətinin təhlili, müqayisəsi və gələcək illər üzrə proqnozların hazırlanması
– Müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlil edilməsini təmin etmək
– Optimizasiya məqsədilə təhlillər aparmaq və onların nəticələri əsasında təkliflər hazırlamaq
– İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlanmasını təmin etmək
– Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək
– Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğun hesabatların hazırlanması
– MHBS əsasında hazırlanmış maliyyə hesabatları üzrə maliyyə təhlillərinin aparılması və müqayisəli cədvəllərin hazırlanması
– Müəssisənin maliyyə uçotunun MHBS tələblərinə uyğunluğunun yoxlanılması
– Maliyyə Hesabatlarının Beynəlxalq – Standartlarında baş verən dəyişikliklərin və yeniliklərin izlənilməsi və tətbiq edilməsi
– Maliyyə hesabatlarının aidiyyəti üzrə vaxtında təqdim edilməsini təmin etmək

– Iş qrafiki: I-V günlər
– Tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tamizshahar.az elektron ünvanına göndərə bilərlər
– Müraciətin mövzu hissəsində “Büdcələmə və hesabatlılıq üzrə müdir müavini” qeyd etməyiniz xahiş olunur

Namizədə tələblər
– Maliyyə/mühasibat sahəsi üzrə ali təhsil
– Maliyyə hesabatlılığı sahəsində 5 il rəhbər vəzifələrdə iş təcrübəsi
– ACCA üzrə F3, F7, F9 dərəcələrinə malik olması
– CİMA, CFA maliyyə yönümlü sertifikatların olması üstünlükdür
– Analitik düşünmə, təhlil etmə, problemləri həll etmə, təqdimat və idarə etmə bacarığı
– Azərbaycan, ingilis və rus dili biliklərinin yüksək səviyyədə olması
– MS Office (o cümlədən MS Excel-Macro) və 1C proqramlarında sərbəst işləmək bacarığı

Şərhlər

Şərh yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly