₼ 2000

Laravel Proqramçi – One Studio Mmc

Ətraflı məlumat yerləşdirin

  • Elan ID: 557

  • Əlavə edilib: November 10, 2022

  • Əmək haqqı: ₼ 2000

  • Baxın: 159

Təsvir

Şəhər : Bakı
Yaş : minimum 23 yaş
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Elanın tarixi : Oktyabr 20, 2022
Bitmə tarixi : Noyabr 19, 2022
Əlaqədar şəxs : Nəriman m
Telefon : (012) 505-36-51
E-mail : hr@one.az
İş barədə məlumat
“One Studio” şirkəti “Laravel Developer” vakansiyasını elan edir!

One Studio şirkəti 10 ildən artıqdır ki, müxtəlif növ veb saytların dizaynlarının hazırlanmasında iştirak edib. Bizim peşəkar komanda Azərbaycanın qabaqcıl şirkətləri üçün e-commerce və korporativ veb saytlar hazırlayır.

İşin təsviri:
– Proqramçının işi proqram tətbiqləri hazırlamaq və mövcud veb layihələri dəstəkləməkdir. Namizəd, tətbiqetmənin inkişaf etdirilməsində veb texnologiyaları ilə bağlı təcrübəyə dair biliklərə malik olmalıdır

Əsas vəzifə və öhdəliklər:
– Yeni veb saytların hazırlanması, eyni zamanda mövcud saytların və sistemlərin dəstəklənməsi üçün məsuliyyət daşıyır
– Layihəni tam və ya böyük hissəsinin kodlaşdırılmasını yerinə yetirir
– Proyektləri analiz edir, arxitekturasının hazırlanmasında iştirak edir
– Eyni layihədə komanda ilə işləyərək, müxtəlif tapşırıqları icra edir

Təklif edirik:
– Şəhərin mərkəzində Nizami metrosuna yaxın yerləşən ofis
– Limitsiz çay/kofe
– Rahat iş şəraiti
– Tam texniki təchizat təmin edilir (notebook, monitor)
– Əmək haqqı: 1600-2000 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq)
– Hər təhvil verilmiş layihəyə görə bonus sistemi
– İş vaxtı: 5 gün, 09:00-dan 18:00-dək
– Rəsmi əmək müqaviləsi
– Mehriban kollektiv və daimi inkişaf edə biləcəyiniz komanda

Namizədə tələblər
– Minimum 3 il proqramlaşdırma təcrübəsi
– PHP – ORM, MVC, OOP haqqında dərin biliklərə sahib olmaq, təmiz oxunaqlı obyekt yönümlü kod yazma və digər layihələrin kodlarını oxumaq və anlamaq bacarığı
– PHP Laravel ilə sərbəst kodlaşdırma bacarığı
– HTML5, CSS3, Bootstrap, JavaScript, jQuery ilə işləmə təcrübəsi
– Git kod versiyasını idarəetmə sistemləri ilə işləmə təcrübəsi
– RDBMS (MySQL) biliyi, ORM biliyi, optimal SQL query yazma bacarığı, bazanın strukturunun layihələndirilməsi
– REST API yazma təcrübəsi və HTTP protokollarını bilmək (HTTPS, authentication, Web Hooks, API, WebSocket)
– Linux terminalda işləmə bacarığı
– Əla problem həll etmə, analitik düşünmə və alqoritmik bacarıqlar
– Komanda daxili yüksək ünsiyyət bacarığı
– Ən azından texniki ingilis dili, texniki sənədləri oxumaq və anlamaq bacarığı

Üstünlüklər:
– OWASP təhlükəsizlik qaydalarını bilmək üstünlükdür
– Redis/Memcached ilə təcrübə üstünlükdür
– Docker işləmə təcrübəsi üstünlükdür

Namizədlər 10.11.2022 tarixə kimi CV-lərini hr@one.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Müraciət etdiyiniz vəzifənin adını (Laravel Developer) email-in mövzu hissəsində qeyd etməyiniz xahiş olunur.

Şərhlər

Şərh yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly