₼ 2500
Proqram Təmi̇nati Üzrə Bi̇znes Anali̇st – Prosys Mmc
: İş elanları / İnformasiya texnologiyaları / Proqramlaşdırma
Ətraflı məlumat yerləşdirin
-
Elan ID: 552
-
Əlavə edilib: November 10, 2022
-
Əmək haqqı: ₼ 2500
-
Baxın: 201
Təsvir
Şəhər : Bakı
Yaş : 25 – 45 yaş
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Elanın tarixi : Oktyabr 27, 2022
Bitmə tarixi : Noyabr 26, 2022
Telefon : (012) 594-12-32
E-mail : hr@prosys.az
İş barədə məlumat
PROSYS MMC-nin 14 ədəd proqram təminatı məhsullarının inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
– Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
– Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
– Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
– Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
– Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
– Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
– Tələblərin izlənilməsi
– Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
– Biznes tələblərinə görə hesabatların hazırlanması
– Yeni funksionallığın test olunması
– Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
– Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
– Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
– İş vaxtı: həftənin 5 günü
– Saat 09:00-dan -18:00-dək
– İstirahət günləri: şənbə, bazar
– Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
– Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Analitik” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər
Namizədə tələblər
– Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
– Minimum 3 il iş təcrübəsi
– İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
– Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
– Biznes və texnologiyanın tələblərini anlamaq
– Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
– Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
– Agile və SCRUM haqqında biliklər
– Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
– SQL, PL/SQL üzrə biliklər
– Balsamiq Wireframes, Jira, MS – Office Visio proqram təminatlarını yaxşı bilmək
– Problemlərin həll edilə bilməsi və analitik təfəkkür
Şərh yaz
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *