₼ 2000
Proqram Təmi̇natinin Tətbi̇qi̇ Üzrə Mühasi̇b – Prosys Mmc
: İş elanları / Maliyyə / Mühasibat
Ətraflı məlumat yerləşdirin
-
Elan ID: 468
-
Əlavə edilib: November 8, 2022
-
Əmək haqqı: ₼ 2000
-
Baxın: 274
Təsvir
Şəhər : Bakı
Yaş : 30 – 45 yaş
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Telefon : (012) 594-12-32
E-mail : hr@prosys.az
İş barədə məlumat
PROSYS MMC-nin ERP proqram təminatının inkişaf etdirilməsi istiqamətində aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
– Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
– Biznes tələblərin qeydə alınıb analiz olunaraq proqramçılara ötürülməsi
– Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
– Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
– Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
– Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi
– Tələblərin izlənilməsi
– Biznes tələblərinə görə hesabatların hazırlanması
– Yeni funksionallığın test olunması
– Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
– Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
– İş vaxtı: həftənin 5 günü
– Saat 09:00-dan -18:00-dək
– İstirahet günləri: şənbə, bazar
– Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
– Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Tətbiqçi mühasib” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər
Namizədə tələblər
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Qanunvericiliyə uyğun mühasibat uçotunu əla bilmək
– Qanunvericiliyə uyğun vergi uçotunu əla bilmək
– Qanunvericiliyə uyğun idarəetmə uçotunu əla bilmək
– Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
– Biznes və texnologiyanın tələblərini anlamaq
– Mühasibatlıq sahəsində 10 illik təcrübə
– Baş mühasib sahəsində 5 illik təcrübə
– ERP proqram təminatının istifadəsində 10 illik təcrübə
– ERP layihələrinin tətbiqində iştirak etmiş olmaq
– Problemlərin həll edilə bilməsi və analitik təfəkkür
Şərh yaz
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *