₼ 3500

Satiş Di̇rektoru – Tahiroğlu İnşaat Mmc

Ətraflı məlumat yerləşdirin

  • Elan ID: 711

  • Əlavə edilib: November 10, 2022

  • Əmək haqqı: ₼ 3500

  • Baxın: 194

Təsvir

Şəhər : Bakı
Yaş : 28 – 45 yaş
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Elanın tarixi : Noyabr 01, 2022
Bitmə tarixi : Dekabr 01, 2022
Əlaqədar şəxs : Vüqar
Telefon : (060) 255-25-85
E-mail : gusein.mamedov.98@mail.ru
İş barədə məlumat
Şirkət haqqında məlumat

Tahiroğlu İnşaat şirkəti 2010-cu ildən Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə 5 mağazası ilə fəaliyyət göstərir. Şirkət əsasən tikitinti materialları və xırdavat mallarının satışını həyata keçirir.
Özünü daim inkişaf edən şirkətin nümayəndəsi olaraq görmək istəyən peşəkarlar aşağıdakı vəzifə üzrə vakant yerə öz CV-ni göndərə bilər.

Direktorun vəzifə və öhdəlikləri
– Satış komandasının idarə edilməsi (mağaza müdirləri və satıcılar), gündəlik olaraq tapşırıqların verilməsi
– İllik satış hədəflərinin müəyyən edilməsi prosesində iştirak
– Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
– Satış plan və hədəfləri üzrə struktur bölməsi üçün iş bölgüsünün aparılması
– Ehtiyac duyulan satış komandası əməkdaşları üçün (yeni işçilərə) təlimlərin keçirilməsinə nəzarət etmək
– Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
– Potensial müştərilərin müəyyən edilməsi və priotetləşdirilməsi
– Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
– Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi üçün yuxarı menecmentə təkliflərin verilməsi
– Anbarda uzum müddətdir hərəkət etməyən məhsulların satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi, satış alətləri üzrə təkliflərin verilməsi
– Məhsullar üzrə qiymət təyini prosesində iştirak edilməsi
– Müştərilərin debitor borclarının idarə edilməsi
– Rəhbərliyə mütəmadi olaraq satış performansına dair hesabatların verilməsi
– Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
– Sahəsi üzrə satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
– Şirkətin illik büdcəsinin müəyyən edilməsi prosesində iştirak
– Satınalma prosesində məhsul seçimi üzrə prosesdə iştirak
– Satış planlarının icrasına olunmasına dəstək, satış komandasına müvafiq alətlərin təqdim edilməsi
– Satış nöqtələrində satış planlarına və qaydalarına nəzarət məqsədilə davamlı şəkildə sahədə olmaq

İş şəraiti:
– 6 günlük iş həftəsi
– Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Korporativ nömrə
– Avtomobil üzrə yanacaq və amortizasiya xərcləri
– Şirkət tərəfindən təlimləndirmə
– Əmək haqqı 2,500-3,500 AZN (Sabit hissə + satışdan bonus olmaqla)
– Baş ofis Binə qəsəbəsində yerləşir

Uyğun namizədlər:

askerov.vuqar.2017@mail.ru
gusein.mamedov.98@mail.ru adresinə öz cv göndərə bilərlər.

Namizədə tələblər
– Ali təhsil
– Satış sahəsi üzrə 5 ildən artıq iş təcrübəsi (Tikinti və inşaat sahəsində təcrübə vacibdir)
– Rəhbər vəzifədə ən azı 2 illik iş təcrübəsinin olması
– Liderlik keyfiyyətlərinə malik olması
– Korporativ idarəetmənin prinsipləri ilə tanış olması
– Analitik düşüncə qabiliyyətinin olması
– Kompüter bilikləri (MS Office, ERP və CRM sistemləri ilə işləmə bacarığı);
– Planlama bacarığı;
– İdarəetmə bacarığı
– Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili biliyi üstünlükdür)
– Namizədin nəqliyyat vasitəsinin olması şərtdir
– Yaş : 28-45

Şərhlər

Şərh yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly